Bir neçə gündür sosial şəbəkələrdə haqqımda yalan məlumatlar paylaşılır. Reytinq üçün bunu edirlər. Şükür allaha ki Azərbaycandayam, heç bir problem yoxdur. Hər şey şükürlər olsun ki yaxşıdır".
RegionTV.info xəbər verir ki, bu sözləri meyxanaçı Ələkbər Yasamallı özünün sosial şəbəkə hesabında yazıb.
O, bildirib ki, səhhəti ilə bağlı hər şey qaydasındadır.
"Sadəcə, şayiədir. İnsan gərək addım atanda düşünsün. Yaxınlarım narahat olur, nigaran qalırlar. Reytinqə görə belə şeylər etmək olmaz. Tələb edirəm ki, haqqımda yazılan yanlış informasiyaları silsinlər. Bakıdayam, Allah hər kəsə xoş günlər nəsib etsin".