Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Pele dəfn olunub

Dünya şöhrətli futbolçu, üçqat çempion Pele çərşənbə axşamı Braziliyada dəfn edilib.

RegionTV.info  xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Qeyd edilir ki, o, böyüdüyü və məşhurlaşdığı Santos şəhərində dəfn edilib.

Qeyd edək ki, onunla vida mərasimi Santosdakı “Vila Belmiro” stadionunda keçirilib.

Qəbiristanlıqda tabutun gəlməsini gözləyən çoxsaylı insan Pelenin sevimli mahnılarını oxuyub.

Əfsanə ilə vidalaşmaq üçün stadionu iki gün ərzində 150 mindən çox insan ziyarət edib. Onların arasında Braziliya Prezidenti Lula da Silva da vardı.

Qeyd edək ki, Pele uzun sürən xəstəlikdən sonra 2022-ci il dekabrın 29-da 83 yaşında vəfat edib. Son illər o, xərçəng xəstəliyindən müalicə olunurdu.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də