Rusiya Sovet Federativ Sosialist Respublikası Ali Sovetinin (RSFSR) sonuncu sədri Ruslan Xasbulatov 80 yaşında dünyasını dəyişib.
RegionTV.info xəbər verir ki, bu barədə "Kommersant" qəzeti onun qohumlarına istinadla məlumat yayıb.
Ölüm səbəbi açıqlanmır. Dəfn mərasimi Çeçenistanda keçiriləcək.
Qeyd edək ki, Ruslan Xasbulatov 1942-ci ildə Qroznıda anadan olub.