Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı hazırda cəbhə bölgəsində xidmət edən hərbçi ailələrinin təminatını öz üzərinə götürüb.
Bu barədə deputatın özü məlumat verib.
Onun sözlərinə görə, Şuşa və Laçında xidmətdə olan 12 hərbçinin ailələrinə bir aylıq ərzaq təminatında yardım göstərib:
“Öz dairəmdən olan hərbçi ailələrinə bir aylıq azuqə köməkliyi etmişəm. Ehtiyac olsa, bundan sonra da davam etdirəcəyəm”.