Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Sevgi evi” Qadın və Uşaq Sığınacağında davam edən cinayətlər – VİDEO

RegionTV.info

2022-ci il bir neçə dəhşətli hadisələrlə keçdi. O dəhşətlərin əksəriyyətini həllini tapsa da, Totu(əsl adı Aysun) dəhşəti cəzasız qaldı. Həmin hadisənin bir qədər detallarına diqqət edək və yenə də nəticə gözləyək.

İlkin olaraq Totunu min bir dərdə düçar edən Könül Qasımova haqqında qısa təqdimat verim. Könül Qasımova Qara Qarayevdə yerləşən “Sevgi evi” Qadın və Uşaq Sığanacağının müdiridir. Atası Zülfü Qasımov uzun illər Ağdam rayon icra başçısının birinci müavini vəzifəsində çalışıb. Yaxşı yığan kişi olub. Onun övladı Könül Qasımova da atasının yolunu gedir. K.Qasımova Bakı Şəhər Lift İdarəsinin sabiq rəhbəri Qüdrət Şükürovun qızı Aysel Şükürun çəkdiyi roliklərdə yer alan tərəf müqabili Raul İsgəndərlinin anasıdır. Deyim ki, bunları qoruyan əllər var. Adları çəkilən şəxslər barəsində bir neçə dəfə cinayət işini başlanılsa da, onları sehrli əllər xilas edib.

Gələk Totuya. Videoya diqqət edərək təsbit edək. Paylaşılan video 3 hissədən ibarətdir:
1. Totunun uşaq sığnacağına yerləşdirilən vaxtları
2. Totu uşaq sığnacağında zülmə məruz qalan vaxtları
3. Sığnacağın müdiri Könül Qasımova xaricilərdən pul yardımı istəyən vaxtları.

Totu adlı azyaşlı kimsəsiz olduğundan Xoşqədəm Hidayətqızının vasitəsilə “Sevgi evi” Qadın və Uşaq Sığınacağına yerləşdirilib. Videonun 1-ci hissəsində də göründüyü kimi körpə xoş görünüşlü, normal sağlamlığa malikdir. Qidalanmanı özü edir. Üzündə təbəssüm var. Fiziki olaraq hər şey qaydasındadır. Anormal hərəkətlər etmir. Çatışmazlıq yoxdur. Sağlamlıq görünüşündə bir problem sezilmir.

Videonun 2-ci hissəsində Totu instagramda xəstə qiyafəsində yer alır. Körpənin bu qiyafədə yer almasında əsas məqsəd pul yığmaq idi. İlkin görünüşdən fərqli olaraq Totu tam xəstə formasındadır. Sanki əsarətdə saxlanılır. Qida qəbul eləməyə belə halı yoxdur. Zülmə məruz qaldığı simasından hiss olunur. Körpə ölüm ayağında olduğu aydın sezilir.

Videonun 3-cü hissəsi Könül Qasımovanın xaricilərdən pul istəməsindən bəhs edir. K.Qasımova Tik-tok platformasında bir neçə ölkənin adını çəkərək həmin ölkə vətəndaşlarından pul yardımı istəyir. Sığınacaqdakı kimsəsiz körpələri alət edərək qazanmağa cəhd edir. Xaricilər isə nə dərəcə də yardım edir, onu da K.Qasımova bilir.

Könül xanımın öz soydaşlarımızdan deyil, xaricilərdən yardım istəməsinin arxasında çox dəhşətli məqam dayanır. Həmin dəhşətli məqam Totunun həyatıdır.

Totunu xəstə qiyafəsində instagramda paylaşan K.Qasımova ictimaiyyətdən gözləmədiyi təpkini aldı. Sağlam uşağı xəstə etməsi diqqətdən yayınmadı. Bir neçə QHT nümayəndələrinin, ictimai fəalların, jurnalistlərin etirazından sonra aidiyyatı dövlət qurumları sözügedən sığınacağı yoxlmağa başladı. Məlum oldu ki, uşaqlara əzab verilir, onları soyuq hamamda günlərlə saxlayırlar, körpələrin əllərini, saçlarını yandırırlar, qadınları başqa şəxslərlə intim münasibətlərinə cəlb edirlər, körpələri ac saxlayırlar. Bu qəsbkar addımlar sığınacağın rəhbəri Könül Qasımova və sevgili İntiqam tərəfindən icra edilir. Uşaqlar pul dilənməyə cəlb edilir. Efirlər və sosial şəbəkələrdə uşaqlar insanlardan pul diləndirilir.

Sığınacaqda aşağıda adları qeyd olunan qurumlar araşdırma və yoxlama apardılar.
Ombudsman yoxlama zamanı sığınacaqdakı uşaqların və qadınların hüquqları kobud şəkildə pozulduğunu aşkarladı.
Qida Təhlükəsizlik Agentliyi sığınacaqda yararsız və kefiyyətsiz qidaların uşaqlara verildiyini müəyyən etdi.
Daxili İşlər Nazirliyi məsələyə müdaxilə etdi. Qanunsuzluqlar aşkarladı.

Baş Prokurorluq yoxlama apararkən sığınacaqda uşaqlara zülm edildiyini təsdiqləndi. Əksər uşaqların bədənlərində ağır xəsarətlər olduğu müəyyən edildi. Bütün bu hallar sənədləşdirilərək cinayət işi başladıldı və sığınacağın fəaliyyəti dayandırılırdı.

Bir müddət sonra Könül Qasımovanı qoyuran sehrli əllər sığınacağın fəaliyyətini bərpa etdi, 8 aydan çoxdur gedən istintaqı yekunlaşmağa imkan vermədi və körpələrin taleyini Könül Qasımovanın ixtiyarına buraxıldı.

Hadisə ölkə çapında rezonans doğurdu və soydaşlarımız Könül Qasımovanın yalançı oyunlarından halı oldular. Yardımı dayandırdılar. Bundan sonra Könül Qasımova yardım hədəfi kimi xariciləri seçdi. Əslində körpələr üzərindən yığılan yardımlar aidiyyatı üzrə deyil, Könül Qasımovanın komfortuna xərclənir. Həmin pullarla özünə dəbdəbəli villalar tikdirir və son model maşınlar alır.

Ümid edirik Baş Prokurorluq 8 aydır davam edən cinayət işini yekunlaşdıracaq. K.Qasımovanı qoruyan əllər ali qanunlara güc gələ bilməyəcək. Cinayətkarlar cəzalandırılacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də