Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 6 avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
RegionTV.info xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, Laçından Xankəndi istiqamətinə 1 minik və 5 təminat avtomobili keçib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da gün ərzində aksiya ərazisindən hər iki istiqamətə keçən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 26-ya çatıb.