Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda uşaq sığınacağında İNSİDENT: Polisə hücum olundu

Azərbaycan Uşaqlar Birliyinin sığınacağında insident yaşanıb.

RegionTV.info   xəbər verir ki, bu barədə birliyin sədri Kəmalə Ağazadə özünü sosial şəbəkə hesabında məlumat paylaşıb. O, hadisə zamanı olanları belə izadə edib:

"Yeni ilin ilk günlərində ilk təhlükəmizi çox ağır atlatdıq. Bu dəfə ziyanı Bakı şəhər Baş Polis İdarəsi 4 cü  bölmənin əməkdaşları yaşadı...


Uşaqları 3 həftə öncə nənə sığınacağa yerləşdirməsində məqsəd onların həyatı təhlükə olması idi. Qəbul etdik və aidiyyatı qurumlara məlumat verildi. Sosial Xidmətlər Agentliyi tərəfindən ananın şəraitinə baxış keçirildi və uşaqların bir müddət sığınacaqda reabilitasiya keçməsini məqsədə uyğun hesab etdi. Ata uşaqların vəziyyətini öyrəndikdən sonra ərizə ilə məhkəməyə müraciət edərək uşaqların ona verilmə iddiasını qaldırıb.


Bu gün isə nənə gəlib ki, qızım mənim evimi yandırmaqla hədələyib, axşama kimi uşaqları qaytarmalıyam, verin uşaqları aparım. Əlbəttə ki, biz prosedur qaydalarını izah etdik. Bildirdik ki, iş günü olmadığından biz Sosial Xidmətlər Agentliyinin, eləcə də Sabunçu rayon İcra Hakimiyyəti yanında komissiyanın nümayəndələrini dəvət edə bilmərik. 2 gündən sonra onların iştirakı ilə uşaqların verilib-verilməməsi barədə qərar olacaq. Uşaqların nənəsi  bizə fiziki müqavimətlər göstərdiyindən dərhal 102 xidmətinə müraciət etdik, sığınacaqda digər sakinlərə də təhlükənin yaranacağını bildirdik. Bu arada uşaqların anası da gəlib çıxdı və onun tərəfindən daha böyük münaqişə yaradıldı.

4 cü bölmənin əməkdaşları 1 saat söhbət aparmaqlarına baxmayaraq bu dəfə polisə hücum olundu və dövlət əmlakına xətər yetirildi, maşının şüşələri qırıldı, polis əməkdaşlarına fiziki xəsarətlər yetirildi".

K. Ağazadənin sözlərinə görə, hazırda həm ana, həm də nənə 4 cü bölməyə aparılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də