Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ərəblər Ronaldonun ailəsinə malikanə və təyyarə verəcəklər - FOTO - Müqavilənin detalları məlum oldu

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə imzaladığı müqavilənin bəzi detalları məlum olub.

RegionTV.info  xəbər verir ki, İspaniyanın "Marca" nəşri futbolçunun Səudiyyə Ərəbistanında ailəsi üçün bağışlanan malikanədə yaşayacağını öyrənib. Həmçinin Ronaldonun istədiyi vaxt İspaniya və Portuqaliyaya uçması üçün məxsusi təyyarə də ayrılıb. Həmçinin "Əl-Nəsr" rəhbərliyi klubun Ronaldonun ailəsinin bütün tələbatını qarşılamaq öhdəliyi götürdüyü də yayılan məlumatlar arasındadır. Portuqaliyalı ulduz futbol oynamaqla yanaşı həmçinin rəsmi tədbirlər, reaklam aksiyalarına qatılaraq Səudiyyə Ərəbistanının iddialı olduğu dünya çempionatlarının tanıtım çarxlarının siması olacaq O, Səudiyyə Ərəbistanının 2030 və ya 2034-cü ildə təşkil etməkdə iddialı olduğu dünya çempionatının promosunun rəsmi səfiri olacaq.

Qeyd edək "Əl-Nəsr" 37 yaşlı Ronaldo ilə hər mövsümü 200 milyon avro ödəməklə 2,5 illiyinə müqavilə bağlayıb. Futbolçu Səudiyyə klubunda 7 nömrəli futbolkada çıxış edəcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də