İsmayıllıda ağır yol qəzası olub.
RegionTV.info-nun məlumatına görə, hadisə İsmayıllı-Qəbələ yolunun Buynuz kəndindən keçən hissəsində baş verib. 26 yaşlı Gülarə Fuad qızının idarə etdiyi "Chevrolet" markalı avtomobil idarəetmədən çıxıb və meşəlik əraziyə girib.
Nəticədə sürücü və sərnişini olan nənəsi 76 yaşlı Səyyarə Əliyeva xəsarət alıblar.