Ukraynanın Donetsk vilayətində yerləşən Drujkovka şəhəri raket hücumuna məruz qalıb.
"Novaya Gazeta Europe"xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kiril Timoşenko məlumat verib.
Bildirilib ki, ümumilikdə 2 raket zərbəsi endirilib.
“Şəhərin özünə bir raket düşüb, iki yaralı haqqında məlumat var. Digər raket Yakovlovka kəndinə düşüb. Məlumat dəqiqləşdirilir”, - deyə Timoşenko qeyd edib.
“Donbass” xokkey klubunun baş direktoru Fyodor İlenkonun sözlərinə görə, zərbə “Altair” buz arenasına düşüb. Arenanın raket zərbələri nəticəsində dağıdıldığı bildirilir.
Hadisənin görüntüləri yayılıb. Belə ki, raket zərbələri Fransanın "TMC" telekanalının ərazidən canlı yayım verməsinə təsadüf edib.