Rusiyada ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.
Bildirilib ki, hadisə Moskvaətrafı regionda (Podmoskovye) qeydə alınıb. Belə ki, elektrik qatarı və taksi fəaliyyəti ilə məşğul olan minik avtomobili toqquşub. Hadisə nəticəsinə 2 nəfər həyatını itirib.
Moskva Nəqliyyat Departamentinin yaydığı məlumata görə, baş vermiş qəza səbəbindən Yaroslavl və Fryazino istiqamətində birxətli zolaqda dəmir yolu hərəkəti məhdudlaşdırılıb.
Hazırda hadisə yerində xilasetmə qrupları fəaliyyət göstərir. Qəzanın fəsadları aradan qaldırıldıqdan sonra hərəkət tam bərpa olunacaq. Hələlik müvafiq istiqamətlərdə əvəzedici avtobus marşrutları təşkil olunub.
Hadisənin səbəbləri araşdırılır.