Şəkidə 56 yaşlı kişi intihar edib.
RegionTV.info xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şəki şəhərində qeydə alınıb.
Belə ki, Şəki şəhər sakini, 1967-ci il təvəllüdlü Bəxtiyar Hüseynov usta fəaliyyəti ilə məşğul olduğu iş yerində özünü asıb.
Məlumata görə, intihar edən 56 yaşlı B. Hüseynov uzun illər usta kimi fəaliyyət göstərib.
Faktla bağlı araşdırma aparılır.