20-dən çox təyyarə Türkiyənin Sabiha Göçkən hava limanına enə biməyib.
Buna səbəb kimi hava şəraitinin əlevişsiz olması göstərilib.
Sabiha Gökçen Hava Limanının mətbuat xidməti qatı duman səbəbindən 20-yə yaxın təyyarənin İstanbulun yeni hava limanına yönəldildiyini bildirib.
Qeyd edilib ki, hava limanının uçuş-enmə zolağı təyyarələri qəbul etmək üçün bağlıdır. Hava limanından uçuşlar isə bir saatlıq fasilədən sonra normal rejimdə həyata keçiriləcək.