Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qida məhsulları ilə bağlı yeni qərar qüvvəyə mindi

Qida məhsulları ilə bağlı yeni qərar qüvvəyə mindi

Bu gündən qida məhsullarının markalanmasında Azərbaycan dilində məlumatlar olmadıqda, həmin məhsulların idxalına və dövriyyəsinə icazə verilməyəcək.

Bu barədə “Qida təhlükəsizliyi haqqında” qanunda qeyd olunub.

 

Qeyd edək ki, qanun ötən il Milli Məclisdə qəbul olunub və 2022-ci il iyunun 24-də Prezident İlham Əliyevin imzaladığı “Qida təhlükəsizliyi haqqında” qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

Qanuna görə, qida sahəsində fəaliyyət göstərən hər bir sahibkar yeni qanunun müddəaları ilə yaxından tanış olmalı və öz fəaliyyətini onun tələblərinə uyğun qurmalıdır. Yeni qüvvəyə minən qanun qida təhlükəsizliyi sistemi üzrə hüquqi bazanı gücləndirəcək, vətəndaşların həyat və sağlamlığının qorunmasında mühüm rol oynayacaq. Eyni zamanda, yeni qanun dövlətin siyasi xəttinə uyğun olaraq, sahibkarlara göstərilən dəstəyin davamı kimi də öz töhfəsini verəcək.

Xatırladaq ki, yeni qanuna əsasən, 2023-cü il yanvarın 1-dən etibarən xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq edildikdən sonra icazə veriləcək. Bəzi ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması avtomatik olaraq, bəzi ölkələrdə isə qiymətləndirmə aparılmaqla həyata keçiriləcək. Yeni qanuna əsasən, bioloji aktiv qida məhsulları, qida və yem əlavələri, təbii mineral sular dövlət qeydiyyatına alındıqdan sonra onların istehsalı, emalı və dövriyyəsinə icazə veriləcək. Qida məhsullarının, o cümlədən mineral suların üzərində "müalicəvi" sözünün yazılması qadağan edilir və həmin məhsulların idxalı, istehsalı mümkün olmayacaq. Qida məhsullarının markalanmasında Azərbaycan dilində məlumatlar olmadıqda onun idxalına və dövriyyəsinə yol verilməyəcək.

Yeniliklərdən biri də budur ki, qida məhsullarının markalanmasında qida məhsullarına xas olmayan təsir və ya xassələrin göstərilməsinə, habelə eynixassəli oxşar qida məhsullarına məxsus xassələrin xüsusi xassələr kimi təqdim edilməsinə icazə verilməyəcək. Bəzi yüksək riskli qida məhsullarının idxalı üçün həmin məhsulların təhlükəsizliyini təsdiq edən sənədlə müşayiət olunması tələbi qüvvəyə minib. Bütün qida və yem məhsulları məhsul idxal olunmamışdan əvvəl bildiriş göndərildikdən, idxal olunduqdan sonra isə sənəd nəzarəti, eynilik nəzarəti və fiziki nəzarətdən keçdikdən, idxal sağlamlıq akti verildikdən sonra dövriyyəyə buraxılacaq. Qida ilə təmasda olan material və məmulatların idxalı zamanı onlara AQTA tərəfindən verilən idxal sağlamlıq aktı, yerli istehsal olduqda isə obyektlərin qeydiyyatı tələb olunacaq. Aşağı riskli məhsullara aid qida obyektlərinin qeydiyyatı avtomatik, yüksək riskli məhsullara aid obyektlərin təsdiqi isə tələblərə uyğunluğu qiymətləndirilməklə həyata keçiriləcək. Obyektlərin və subyektlərin qeydiyyatı dövlət rüsumu tələb olunmadan, təsdiqi isə mikro və kiçik sahibkarlıq subyektləri üçün rüsumsuz, orta və iri subyektlər üçün isə vahid məbləğ (150 manat) olmaqla ödəniləcək. Yem məhsullarının dövlət qeydiyyatı “yem zəncirinə” nəzarətlə əvəz olunacaq. Özəl laboratoriyalar akkreditasiya ilə yanaşı, Qida Təhlükəsizliyi İnstitutunun səriştəlilik sınaqlarından keçdikdən sonra onların nəticələri qəbul ediləcək.

Sahibkarlar yeni qanunla əlaqədar sualları yarandığı təqdirdə agentliyin 1003 - Çağrı Mərkəzinə zəng vuraraq müraciət edə bilərlər. “Qida təhlükəsizliyi haqqında” qanunun tam mətni və izahedici məlumatlarla Qida Təhlükəsizliyi Agentliyinin media resurslarında - afsa.gov.az saytında və sosial şəbəkə hesablarında tanış olmaq mümkündür.





Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də


Alıntı
  • Grubu: Гости
  • ICQ: {icq}
  • Kayıt tarihi: --
  • Durumu:
  • Yorumları: 0
  • Makaleleri: 0
^
Временное решение денежных трудностей с помощью займы 50000. Или например с помощью займ 20000. Тут есть много разных вариантов займов, как на небольшую сумму, так и приличную. Смотрите сами.Скоро праздник? Рекомендую вам обзавестись на праздник воздушными шарами, они украсят любое мероприятие. Купить шары можно тут шары воздушные зао. При необходимости активировать операционную систему можно воспользоваться специальной программой-активатором, которая быстро и без труда установить вам активатор windows 7 максимальная сборка 7601. Для любителей игр я нашел сайт: скачать 1xbet mobile здесь описано пару слов о том как делают ставки на спорт. Заходите и смотрите про 1хбет, что это и как это работает сказано тут: где скачать 1xbet на андроид официальный. И многое другое. Затеяли ремонт в квартире, то и входную дверь нужно поменять. А купить хорошую входную дверь сейчас не просто, поэтому предлагаю вам зайти на специальный сайт и самому посмотреть купить дверь входную с установкой гомель. Только тут лучшие двери с установкой и доставкой. Помимо этого рекомендую посмотреть тут быстрый займ онлайн об этом много информации.