ABŞ prezidenti Co Bayden 2024-cü ildə prezident postuna yenidən seçilmək üçün namizəd olub-olmayacağı ilə bağlı yekun qərarını fevralın ortalarında elan edə bilər.
C.Baydenin yenidən namizəd olacağı və bununla bağlı elanın gözləniləndən daha tez açıqlanacağı ehtimalı hazırda yüksəkdir.
Rəsmi olaraq, qərar dövlət başçısının ABŞ Konqresinin Nümayəndələr Palatasına və Senatına “Ölkənin vəziyyəti haqqında” illik müraciəti zamanı elan oluna bilər.