Braziliya polisi ölkənin yeni prezidenti Luiz İnasio Lula da Silvanın andiçmə mərasiminə bıçaq və partlayıcı qurğu ilə gizlicə girməyə cəhd edən naməlum şəxsi saxlayıb.
Bu barədə “Reuters” Braziliya hərbi polisinə istinadən məlumat yayıb.
Polis hadisənin təfərrüatlarını açıqlamayıb. Naməlum şəxsin Rio-de-Janeyrodan gəldiyi bildirilir.
Qeyd edək ki, inauqurasiya mərasimində 300 minə yaxın insan iştirak edib.
Braziliyada prezident seçkiləri 2022-ci ilin oktyabrında keçirilib. Luiz İnasio Lula da Silva 50,9% səslə qalib gəlib.