Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbov vəzifədən azad edilib.
M.Talıbov öz arzusu ilə tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
Qeyd edək ki, M.Talıbov Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır.