Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Altıağac, Qrız, Quba, Qusarda qar, Kürdəmir, Şabranda yağış yağır.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23-28 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.7 metrə çatıb.
Küləkli hava şəraiti dekabrın 29-u gecəyə doğru tədricən mülayimləşəcək. Dekabrın 30-u və bayram günlərində dekabrın 31-i, 2023-cü il yanvarın 1-4 tarixlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub küləyi üstünlük təşkil edəcək.