Moldova prezidenti Maya Sandu Rusiyanın Ukraynaya raket hücumunu pisləyib.
Sandu bu barədə tviter səhifəsində yazıb.
"Rusiya tərəfindən Ukraynanın mülki infrastrukturuna zərbələr Yeni il ərəfəsində də davam edir. Ukraynaya qarşı yeni massiv raket hücumları başlayıb. Biz Ukrayna vətəndaşlarına yönələn bu qəddar hücumu şiddətlə qınayırıq. İnsanlar raketlərdən qorunmaq üçün sığınacaqlarda qalmalı deyil, sevdiklərinin yanında olmalıdır", - deyə Moldova prezidenti bildirib.
Qeyd edək ki, bu gün Ukraynanın bütün ərazilərində aviazərbələrə görə həyəcan siqnalı elan olunub.