"Bu iddialar "feyk"dir".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoyanın iddialarına münasibət bildirərkən deyib.
O, Ermənistan rəsmilərinə çağırış edib.
"Əgər onlar belə bəyanat verirlərsə, konkret bir ölkəyə irad bildirirlərsə, onda faktları təqdim etməlidirlər. Bundan sonra biz nəyisə şərh edə bilərik", - deyə Rusiya XİN rəsmisi bildirib.
Zaxarova, həmçinin Azərbaycana dəhliz verilməsi ilə bağlı Ermənistana təzyiq göstərilməsi iddialarını da təkzib edib.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoyan Rusiyanın Ermənistana ittifaq dövlətinə qoşulmaq və Naxçıvana dəhliz verməklə bağlı təzyiq göstərdiyini açıqlamışdı.