“Almatıda keçirilən şahmatın rapid və blits növü üzrə dünya çempionatında başıaçıq çıxış edən şahmatçı Sara Xadem İslam Respublikasını təmsil etmir”.
Bu barədə İran Şahmat Federasiyasının rəhbəri Həsən Təmini bildirib.
Onun sözlərinə görə, Xadəm Qazaxıstanda keçirilən çempionata İran federasiyasının xətti ilə deyil, özbaşına və öz hesabına gedib.
“O, ölkəmizi təmsil etmir. Amma biz bu şahmatçıdan belə hərəkət gözləmirdik, çünki o, əvvəlki turnirlərdə bütün standartlara müvafiq şəkildə iştirak edib”, - deyə Həsən Təmini bildirib.