Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən ekoloqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəallar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası davam edir.
Aksiyanın 18-ci günüdür.
Havanın şaxtalı olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının fəallığı müşahidə olunur.
Qeyd edək ki, etirazçılar Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarının əks olunduğu plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır”, “Ekoloji cinayətə son!”, “Azərbaycan milləti qoruyacaq sərvəti” kimi şüarlar səsləndirirlər.