Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Özəl xəstəxanalarda 500 manatdan artıq ödənişlər nağdsız olacaq

Özəl xəstəxanalarda 500 manatdan artıq ödənişlər nağdsız olacaq

Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər nağdsız qaydada həyata keçiriləcək.

Bu, Prezident İlham Əliyevin “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

 Dəyişikliyə əsasən, nağdsız qaydada həyata keçirilən hesablaşmaların dairəsi genişləndirilməklə, tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər də nağdsız qəbul ediləcək. Bununla da bütün özəl tibb fəaliyyətinə nağdsız əməliyyatlara münasibətdə eyni hüquqi rejim tətbiq olunacaq.

 Özəl tibbi praktika - ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan qanunvericiliklə müəyyən olunmuş qaydada verilən xüsusi razılıq əsasında ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi üzrə fəaliyyətdir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də