Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qeyri-qanuni olaraq faydalı qazıntılar hasil edən “Base Metals” şirkətinin rəhbərliyi mədənlərin fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəlib.
Şirkət fəaliyyətləri ilə bağlı ekoloji ekspertiza keçirmək üçün beynəlxalq təşkilatlara müraciət edəcək.
Qeyd edək ki, Base Metals İsveçrədə rəsmi qeydiyyatdan keçmiş "Vallex Group"un törəmə şirkətidir. “Vallex Group” şirkətinin investoru, İsveçrə vətəndaşı Vartan Sirmakes və şirkətin rəhbəri Valeri Mejlumyan, “Base Metals” QSC-nin icraçı direktoru Artur Mkrtumyan Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib.
Xatırladaq ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa - Laçın yolunda aksiya keçirirlər.