Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Çində yoluxma artır - "Azərbaycanda pandemiya bitib"

Çində yoluxma artır -

Son günlər COVID-19-un  Çində yenidən tüğyan etməsi insanlarda narahatlıq yaradır. Əksəriyyət pandemiyanın yenidən alovlanma riskindən təlaşlanır. Buna rəğmən, Çin yanvarın 8-dən etibarən ölkəyə səfər edənlər üçün karantin qadağalarını aradan qaldırır. Həmin tarixdən sonra Çinə səfər edənlər karantinə alınmayacaqlar. İqtisadi təsirlərinin minimumlaşdırılması məqsədi ilə Çin “Sıfır COVID” prinsipindən, praktik olaraq əl çəkir. Səfərdən 48 saat öncə neqativ COVID test nəticəsi olan xaricilər heç bir əlavə tələb olmadan Çinə səfər edə biləcəklər.

Çinin bu addımı bir tərəfdən strateji məhsullara, o cümlədən neftə olan tələbin artmasına səbəb olmaqla 2023-cü ildə qlobal iqtisadi artımı stimullaşdıracaq. Bu isə qlobal iqtisadiyyat üçün xoş xəbər hesab olunur. Amma yoluxmadakı artım yenə də risk olaraq qalır...

Azərbaycanı qarşıda 5 günlük tətil, kütləvi toplaşma, bayram ab-havası gözləyir. Bütün bunlar yoluxmaya hansı şəkildə təsir edə bilər?

Mövzu haqqında həkim-radioloq Aydın Əliyev  danışıb.

 

 O qeyd edib ki, yoluxma hallarına görə Çinlə Azərbaycanı müqayisə etmək düzgün deyil:

 “Çünki artıq bizdə kollektiv immunitet formalaşıb. Çində 2 milyarda yaxın insan var, onların əksəriyyəti peyvəndlənməyib. Bizdə isə 10 milyon civarında əhalinin çoxu peyvəndlənib, əksəriyyət isə yoluxub, sağalıb və təbii immunitet əldə edib. COVID-19 pandemiyasının bizim üçün heç bir aktuallığı yoxdur. Yoluxma sayı 10 min olsa belə, nə karantinə, nə cəriməyə ehtiyac yoxdur”.

 Həkim yoluxma statistikasının açıqlanmasının da əhəmiyyətsiz olduğu qənaətindədir:

"Biz rəsmilərə də təklif göndərmişdik ki, artıq bu sayı göstərməyə ehtiyac yoxdur. Artıq karonavirus mutasiyaya uğradığından yoluxanlar xəstəliyi çox yüngül formada keçirir. Biz onlarla xəstənin döş qəfəsinin kompüter tomaqrafiyası və rentgen müayinələrini görmüşük. Heç birində ağ ciyər zədələnməsi aşkarlanmayıb. Bu xəstəlik artıq bizim bildiyimiz qrip kimi adi formada keçir. Ağırlaşma demək olar ki, yoxdur. İstisna hallarda əvvəldən hansısa xəstəlikdən əziyyət çəkən insanlar yoluxmanı nisbətən ağır keçirirlər. Bu da təbii haldır”. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də