Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə (BQXK) məxsus daha üç avtomobilin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.
Nəqliyyat vasitələri Xankəndidən Laçın istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.