Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiya 42 əsgərin cəsədini Ukraynaya qaytardı

Rusiya 42 əsgərin cəsədini Ukraynaya qaytardı 

Rusiya müharibədə həlak olan 42 əsgərin cəsədini Ukraynaya qaytarıb.

Bu barədə Ukrayna Reinteqrasiya Nazirliyi məlumat yayıb.

 Bildirilir ki, geri qaytarılan cəsədlərin ümumi sayı 869-a çatıb. Rusiya tərəfi bununla bağlı rəsmi məlumat verməyib.

 Rusiya və Ukrayna mütəmadi olaraq əsir və cəsəd mübadiləsi aparır. Bundan əvvəl dekabrın 14-də Moskva və Kiyev məhbus mübadiləsi həyata keçirib. Ukrayna 64 hərbçini, həmçinin 4 nəfərin meyitini geri qaytarıb. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də