Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanın 2023-cü il üçün xarici siyasət prioritetləri

Azərbaycanın 2023-cü il üçün xarici siyasət prioritetləri

“Azərbaycan üçün əsas prioritetlər dayanıqlı inkişafın və sülhün təmin edilməsidir”.

Bunu Xarici İşlər Nazirliyində ilin yekunların dair keçirilən mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.

 C.Bayramov qeyd edib ki, Azərbaycanın 2023-cü il üçün əsas prioritetləri dəyişməz olaraq qalacaq:

 "Prioritet mühüm tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirməkdir. Azərbaycan çoxtərəfli platformalar çərçivəsində də fəal olmaqda davam edəcək. Bizim üçün əsas prioritetlər dayanıqlı inkişafın və sülhün təmin edilməsidir. Ümid edirik ki, qarşı tərəf də sülhə yönələcək. Nəqliyyat kommunikasiyalarının inkişaf etməsini və sülh müqaviləsinin imzalanmasını görmək istərdik”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də