“Ermənistanla delimitasiya prosesində 8 Azərbaycan kəndi qaytarılmalıdır. Bu kəndlərdə azərbaycanlılar yaşayıb və həmin kəndlərin qaytarılması həyata keçirilməlidir”.
Bunu Xarici İşlər Nazirliyində ilin yekunların dair keçirilən mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.
Nazir qeyd edib ki, 30 ildir ölkələr arasında sərhədlər müəyyənləşməyib:
"Çünki bu illər ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı altında olub. 44 günlük müharibə nəticəsində Azərbaycan ərazi bütövlüyünü, öz sərhədlərinə nəzarəti bərpa edib. Bütün hüquqi sənədlər mütəxəssislər tərəfindən araşdırılaraq delimitasiya prosesi davam etdirilməlidir. Ermənistan delimitasiya olunmamış sərhədlərdə təxribatlardan çəkinməlidir".