Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məsciddə möhürü yerə atıb, söyüş söydü - HƏBS EDİLDİ


Göyçay şəhəri, Rəsul Rza küçəsində yerləşən mərkəzi məsciddə insident baş verib.

Məscidə gələn 1974-cü il təvəllüdlü Zülfüqar Şıxbabayev (şərti ad-soyadlı) məsciddəki möhürləri yerə ataraq söyüş söyməyə, qışqıraraq səs-küy salmağa başlayıb.

 

Qafqazinfo-nun məlumatına görə, o, saxlanılaraq polis şöbəsinə aparılıb və barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

 

Məhkəmədə Z.Şıxbabayev heç kimi təhqir etmədiyini deyərək barəsində bildirilənlərin əsassız olduğunu bildirib.

 

Məscidin nümayəndəsi isə Rəsul Rza küçəsində yaşayan həmin şəxsin məscidə gələrək oradakı möhürləri yerə atdığını və onları söyərək təhqir etdiyini bildirib.

 

Göyçay Rayon Məhkəməsinin qərarı ilə Z.Şıxbabayevə 25 sutka inzibati həbs cəzası verilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də