Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin toplantısını keçirir.
İlin son iclası başlayıb.
Məlumata görə, hökumətin iclasında həm iqtisadi, həm də siyasi məsələlər müzakirə olunacaq. Bildirilib ki, toplantıda 2022-ci ilin yekunları da dəyərləndiriləcək.
Qeyd edilib ki, bu, Türkiyə hökumətinin il ərzində sayca 24-cü iclasıdır.