Dekabrın 25-də saat 16 radələrində İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisində Bakı şəhər sakinləri S.Hacıyevin idarə etdiyi “Honda” və Q.İsmayılovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Nəticədə xəstəxanaya yerləşdirilən Q.İsmayılov və “Honda” markalı avtomobildə olan sərnişin, Laçın rayon sakini N.Nağıyev orada ölüblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.