Braziliya millisinin sabiq futbolçusu, üçqat dünya çempionu Pelenin müalicə aldığı xəstəxanadan fotosu yayılıb.
Futbolçunun fotosunu qızı Keli Nasimento sosial şəbəkə hesabında paylaşıb.
"Biz hələ də buradayıq, mübarizə və imanla. Birlikdə başqa bir gecə", - Nasimento paylaşımda yazıb.
Qeyd edək ki, bağırsaq xərçəngi ilə mübarizə aparan Pelenin səhhəti yenidən pisləşib.