Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İcra başçısı və deputat sakinlərlə görüşüblər - FOTO

İcra başçısı və deputat sakinlərlə görüşüblər - FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Naftalan şəhərindəsakinlərlə növbəti səyyar qəbul keçirilib.

Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov millət vəkili Anar Məmmədovla birgə vətəndaşlarla görüşüblər. Görüşdə şəhər icra hakimiyyətinin əməkdaşları, Naftalan bələdiyyəsinin və xidmət sahələrinin nümayəndələri iştirak ediblər.

 İcra başçısı ötən müddətdə keçirilən qəbullar zamanı qaldırılan problemlərin qısa müddət ərzində həllini tapdığını, vətəndaşların birbaşa müraciətlərini təmin etmək məqsədilə rəqəmsal icra hakimiyyəti portalı yaradıldığını qeyd edib, görülən bütün işlərin ən başlıca amalının vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu vurğulayıb. Həmçinin şəhərdə aparılan işlər və həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə məlumat verilib.

 Görüş zamanı səsləndirilmişmüraciətlərin həlli üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib, bəzi məsələləryerində müsbət həllini tapıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də