2022-ci təqvim ilində paytaxt üzrə 121 şagird fərdi təhsilə cəlb olunub.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumatda bildirilib.
BŞTİ-nin tabeliyindəki 176 təhsil müəssisəsində 484 şagird fərdi təhsil alır. Fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır.