Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

29 avroluq bilet yuxuda olur - AZAL-ın “ucuz oyunu”

29 avroluq bilet yuxuda olur - AZAL-ın “ucuz oyunu”

Dekabrın 22-də AZAL 2023-cü ilin yay cədvəli çərçivəsində 9 istiqamət üzrə 29 avroya aviabiletlərin satışa çıxarılacağını elan edib. Məlumatda martın 26-dan oktyabrın 29-dək həyata keçiriləcək uçuşların hava yollarının aşağıbüdcəli “Buta Airways” aviaşirkəti tərəfindən minimal “Büdcə” tarifi ilə həyata keçiriləcəyi və 10 000 biletin onlayn satışının planlaşdırıldığı bildirilib. 

 Həmin gün saat 16:00-da biletlər satışa çıxarılmalı olsa da, qeyd edilən saatdan etibarən saytın onlayn satış bölməsi işləməyib. Nəticədə vətəndaşların ucuz bilet almaq istəyi elə istək olaraq da qalıb.

 İqtisadçı ekspert Natiq Cəfərli AZAL-ın "ucuz bilet kampaniyası" barədə danışıb.

 


N.Cəfərli bildirib ki, AZAL-ın və onun törəmə şirkəti olan “Buta” nın qiymət siyasəti illərdir Azərbaycanda müzakirə olunan, amma həll olunmayan problemlərdən biridir:

 

“Bu piar aksiyası idi. İmici düzəltmək üçün "bizdə ucuz qiymətə biletlər var" anlayışını yaratmaq üçün düşünülmüş piar aksiyası idi. Texniki cəhətdən hazır olsaydılar, sayt çökməzdi, demək ki, texniki cəhətdən də hazır deyildilər. Amma belə bir qiymətə biletlər olubsa, AZAL-a yaxın olan tur şirkətlərinə çoxdan satılıb. Bir müddət sonra o biletlər vətəndaşlara baha qiymətə satılacaq”.

 

Ekspert vurğulayıb ki, AZAL-da qiymət siyasəti hansısa aksiyalarla yox, ciddi islahatlarla həllini tapmalıdır:

 

“AZAL-ın inhisarçılığı uzun illərdir dillər əzbəri olub. Rəqabətli mühit yaradılmalıdır ki, AZAL da, Buta da istədiyi qiyməti diktə edə bilməsin. Yerüstü xidmətlər AZAl-dan alınıb özəl şirkətlərə verilməlidir. Çünki biletlərin baha olmasının səbəblərindən biri də odur ki, hava limanlarında yerüstü xidmətlər AZAL-ın inhisarındadır”.




Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də