Amerika Birləşmiş Ştatlarında qar çovğunu nəticəsində 10 nəfər ölüb, 1 milyona yaxın ev elektriksiz qalıb.
RegionTV.info xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Temperaturun həddən artıq aşağı düşməsi (Vayominq ştatında havanın temperaturu -41 dərəcəni göstərib) nəticəsində yaranan hava şəraiti ilə əlaqədar evlərdə elektrik kəsilib, 10 nəfər həyatını itirib.
Ohayo, Kentukki, Missuri və Kanzas ştatlarında yollar buz bağlayıb.
Minlərlə təyyarə reysləri ləğv edilib, yollar bağlanıb.