Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Çin dünyanı xəbərdar etdi: "Heç kəs rahatlaşmasın ki..."






COVID-19-a qarşı peyvənd olunduqdan sonra maska taxmaq da daxil, fərdi müdafiə tədbirlərinə riayət etmək lazımdır. Çünki dünyada heç bir peyvənd tam müdafiəni təmin etmir.

Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Çin Xalq Respublikası Dövlət Səhiyyə Komitəsi rəhbərinin müavini Tszen İsin çıxış edib.

“Peyvəndin effektivliyinə və təhlükəsizliyinə əmin olduğumuza baxmayaraq, peyvənd edildikdən sonra da hər kəsdən maska taxmaq, sosial məsafəni qorumaq və əllərin gigiyenasına riayət etmək kimi fərdi qoruyucu tədbirlərin görülməsinə davam etməyi tələb edirik, çünki peyvəndin effektivliyi yüz faiz deyil. Hazırda dünyada effektivliyi yüz faiz olan peyvənd yoxdur”, – deyə məmur keçirdiyi brifinqdə deyib.

Çin Dövlət Səhiyyə Komitəsi şənbə günü əhalinin risk qrupuna daxil olanlarının peyvənd edilməsi üçün işə başladığını bəyan edib.

Çində epidemioloji vəziyyət stabildir, ölkədə virusun xaricdən gətirilmə ehtimalı əsas təhlükə hesab edilir.

Epidemiyanın başlanğıcından bəri Çində 86 806 nəfər yoluxub, onlardan 4634-ü ölüb, 81 865-i sağalıb. Hazırda xəstəxanalarda 307 nəfər COVID-19 xəstəsi var.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də