Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden arasında mümkün görüşlə bağlı ilkin təmaslar yoxdur.
Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bundan əvvəl ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ Rusiya rəhbərliyinin Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlara hazır olmadığına inanır.
Dmitri Peskov deyib ki, ABŞ-ın siyasəti əsasən təxribat xarakterlidir, bu, göz qabağındadır.
Xəbəri paylaş