Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sinqapur-London marşrutu ilə hərəkət edən təyyarə Bakıda qəza enişi edib - FOTO

Dekabrın 23-də səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunda "Qantas Airways" aviaşirkətinə məxsus təyyarənin qəza eniş etməsi səbəbindən həyəcan siqnalı elan edilib.

RegionTV.info  xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu feysbukda məlumat yayıb.

Bildirilib ki, Sinqapur-London marşrutu ilə hərəkət edən aviaşirkətin "Airbus A380" təyyarəsi yük bölməsində yaranan tüstü səbəbindən Bakı hava limanına qəza eniş sorğusu göndərib.

Təyyarə yerli vaxtı ilə saat 07:08-də uğurla eniş edib, hadisə zamanı xəsarət alan olmayıb. Təyyarədə 356 sərnişin olub.

Bakı aeroportunda elan edilən həyacan siqnalı ilə əlaqədar bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib.

Hazırda hava gəmisinə baxış keçirilir və hadisənin baş verməsinin bütün səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil olunur.

Qeyd edək ki, "Airbus A380" iki göyərtəli və dünyanın ən geniş sərnişin təyyarəsidir.

Xatırladaq ki, bu, A380 təyyarəsinin kapitanlarının Heydər Əliyev Beynəlxalq Aeroportuna göndərdikləri ilk qəza eniş sorğusu deyil. Dünyanın hər hava limanı belə böyük təyyarəni qəbul etmək imkanına malik deyil - bunun üçün kifayət qədər uzun və davamlı uçuş-enmə zolağı və təyyarəyə xidmət göstərmək üçün zəruri avadanlıq mövcud olmalıdır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də