Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qadın müharibə iştirakçısı olan keçmiş ərini niyə bıçaqlayıb?

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Aliyə Həsənovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

RegionTV.info-nun əldə etdiyi məlumata görə, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

İttihama görə, hadisə bu il avqustun 15-də saat 07:20 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, 1996-cı il təvəllüdlü Aliyə Həsənova evin eyvanında keçmiş əri Rüstəm Sahilovla (şərti) mübahisə edib. Mübahisəyə səbəb isə Rüstəmin Aliyə həmin günü işə getməməsini deməsi olub. Bu zaman qadın stolun üstündən götürdüyü mətbəx bıçağı ilə keçmiş ərini atası və anasının gözləri qarşısında xüsusi amansızlıqla bir dəfə zərbə vuraraq ona xəsarət yetirib.

 

Xəstəxanaya aparılan yaralının həyatını xilas etmək mümkün olub.

 

Məhkəmə istintaqı zamanı Aliyə Həsənova ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, Rüstəm müharibədə iştirak etdikdən sonra onun psixologiyasında problemlər yaranıb. Qadının sözlərinə görə, keçmiş əri müharibədən qayıtdıqdan sonra aralarında daimi olaraq münaqişələr olub. Evləri həm yaxın məsafədə yerləşdiyi, həm də işi ilə əlaqədar olaraq uşaqlara çox da nəzarət edə bilmədiyi üçün onlara çalışdığı müddət ərzində Rüstəmin anası baxıb. Aliyə ticarət mərkəzində satıcı olaraq çalışdığı üçün həm həftə içi, həm də həftə sonu işə getməli olduğunu, hər səhər keçmiş ərinin atasının onu yolüstü iş yerinə qoyurmuş.

 

Hadisə günü də Rüstəmin ailəsi onu evlərinin evyanında birlikdə səhər yeməyi yeməyə çağırıb. Onlarla birlikdə yemək yeyərkən Rüstəm evə gəlib. Son zamanlar onun çox əsəbi olduğundan kişi ilə mübahisə edib. Rüstəm qadına işə getməməyini söyləyib. Uşaqlarına baxmalı olduğundan, həm də Rüstəmin işləmədiyindən çalışmağa məcbur olduğunu deyib. Mübahisə olan zaman Rüstəm onun üzərinə gələrək onu vurmaq istəyib. Bu zaman qadının əlində bıçaq olub. Rüstəm onun üstünə gələrkən dalaşıb yerə yıxılıblar.

 

Qadın ifadəsində bu zaman keçmiş ərinin qarın boşluğuna bıçaq dəydiyini və yaralandığını bildirib. Lakin onu vurmaq niyyətinin olmadığını, Rüstəmi yaralandığını sonradan öyrəndiyini əlavə edib.

 

Qeyd: Aliyə və Rüstəm 2020-ci ildə boşanıb, onların 2 azyaşlı uşaqları var.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də