
Şikayətçi vətəndaşlar bildirirlər ki, Abbas Səhhət adına xəstəxanada xəstələrə qarşı diqqətsizlik, natəmizlik var. Binanın soyuq olması ilə yanaşı, su qıtlığı da, nisanlar üçün ikinci bəlaya çevrilib. Xəstəxanaya müalicə və şəfa tapmaq üçün baş vuranlar natəmizlikdən və digər səbəblərdən dolayı, ikinci virusa yoluxaraq başqa bir xəstəliyə tutulmaq təhlükəsi ilə üz-üzədir.
Xəstə yaxınlarının sözlərinə görə, Baş həkim Bədhaş Nəbiyev həmin problemləri aidiyyatı qurumlar qarşısında qaldırmır. Əksinə, ağır halda ölüm ayağında olan xəstələrdən böyük məbləğdə pullar tələb edilərək palatalara yerləşdirmə əmri verilir.
Gəncə sakinləri söyləyirlər ki, hətta xəstələrə xidmət edən tibb işçiləri belə, yeni Baş həkim Bədhaş Nəbiyevin fəaliyyətindən narazıdırlar.
Görünür, yoldaş Bədhaş Nəbiyev son günlərdə əməllərinə və rüşvətə görə vəzifəsindən azad edilən və həbs edilən Baş həkimlərdən xəbərsizdir.