Kanada hökuməti 2023-cü ildən əcnəbilərə ölkədə mənzil almağı qadağan edir.
RegionTV.info xəbər verir ki, bu barədə Kanada İpoteka və Mənzil Korporasiyasından bildirilib.
Qadağa 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
Müvafiq qanun digər ölkələrin vətəndaşlarına Kanadada 2 il müddətinə daşınmaz əmlak almağı qadağan edəcək.
Qanuna görə, qadağanı pozanlar 10 min Kanada dolları məbləğində cərimə olunacaqlar.