Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Ukrayna prezidentini təhqir edib.
Zaxarova bu gün keçirdiyi brifinqdə prezident Volodimir Zelenski haqqında ağır ifadə işlədib.
"O Qərbin təkcə ...-si deyil, həm də ölkəmizə qarşı istifadə etdiyi alətdir", - deyə sözçü söyləyib.
Zaxarova iddia edib ki, hazırda Ukrayna daxilində ağır iqtisadi vəziyyətə görə Zelenski hakimiyyətinə qarşı böyük narazılıq yaranıb.
ABŞ-ın Ukraynanı silahlandırması mövzusuna da toxunan mətbuat katibi həm silah tədarükü həyata keçirməkdən, həm də dinc sakinlərin qorunmasından eyni vaxtda danışmağın düzgün olmadığını deyib: "Bu, absurd səslənir".