Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilib.
Sərəncamla Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası birinci müavin Adil Kərimliyə həvalə edilib.
Qeyd edək ki, Adil Kərimli bu təyinatadək Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsində çalışırdı.
Adil Kərimlinin qısa dosyesini təqdim edirik:
Adil Qabil oğlu Kərimli Bakı Dövlət Universitetində Hüquq fakültəsinin həm bakalavr, həm də magistr pillələrini bitirib.
Daha sonra Bakı Dövlət Universitetində cinayət hüququ ixtisaslaşması üzrə doktorantura təhsili alaraq, hüquq üzrə fəsəfə doktoru elmi dərəcəsinə yiyələnib.
O, doktorantura işi üçün "Qəsdən adam öldürmə cinayətlərinin tövsüfündə motivin yeri və rolu" adlı dissertasiya işi müdafiə edib.
Bunun ardınca İtaliyada "Beynəlxalq və transmilli cinayətlər" istiqaməti üzrə ixtisaslaşma kursu keçib.
Daha sonra 4 il "Pro Bono" Vəkil Bürosunda vəkil işləyib.
A.Kərimli 2010-cu ildə Azərbaycanın "Eurovision" yarışmasındakı nümayəndə heyətinin rəhbəri olub.
Prezident İlham Əliyevin 8 oktyabr 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsinə təyin edilib.
İngilis və rus dillərini bilir.