
“Son günlər şəhid ailələrinin, qazilərin incidilməsi halları ortaya çıxır”.
Bunu deputat Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən iclasındakı çıxışında deyib.
O qeyd edib ki, belə bir məsələyə qətiyyən yol vermək olmaz:
“Prezidentin həmin ailələrə qayğısı bəzən xırda məmurlar tərəfindən yerinə yetirilmir”.
Spiker Sahibə Qafarova deputatdan xahiş edib ki, həmin şəxslərin adlarıyla bağlı məlumat versin.