Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

KOROĞLU MMC - ölmüş işçisinin təzminatını 8 ildir ödəmir

RegionTV.info  xəbər verir ki, İş zamanı faciəvi şəkildə dünyasını dəyişən QULİYEV FAİQ CƏLAL OĞLU adlı işçinin 2014cü ildən üzü buyana İşlədiyi müəssisə KOROĞLU MMC mərhumun ailəsinə hər adam başına düşəsi və verilməli olan Kompensasiyanı da ödəməyib, hələ bu azmış kimi onun bu videmüsahibədə şikayət bildirən həyat yoldaşını da müdiriyyətdən 1 nəfər də olsun qəbul edib dinləmədi. 

Maraqlıdır ay KOROĞLU MMC rəhbəri Tahir Əliyev, əgər bu şər böhtan idisə MMC qarşısında müsahibə zamanı da əməkdaşlarınızın bu şikayəti sizlərə bildirdiyi halda, nə əcəb düşüb bir nəfər rəsmi işçi vəya hüquqşünasınız bu başsız qalan qadına bir fikir bildirmədi?

ƏMƏK MƏCƏLLƏSİNDƏ işçi işə gələrkən səhər saat 7-dən axşam saat 19:00 -adək olan zaman aralığında yol vəya iş zamanı iş yerində bədbəxt hadisə nəticəsində dünyasını dəyişdikdə mütləq qaydada İşəgötürən Hüquqi şəxs tərəfindən onun ailəsinə həm kompensasiya verməlidir həm də Müəssisə hesabından DSMF də pensiya təyin olunmalıdı 18 vəya 21 yaşadak hər bir uşağına!

Niyə vətəndaşın hüquqi bilgiyə malik olmazlığından sui- istifadə edirsiniz? Axı onsuz da bu məhkəmə müstəvisində ötmüş zaman aralığına görə hər aylar üçün 8 illik bu kompensasiya məbləğləri ödəniləcək bütöv şəkildə! Bunu elə hissə-hissə az formada həmin vaxtdan təyin edib həmin ailəyə verə bilərdiniz də. Axı indi Müəssisənin hesabından mənfəətindən birbaşa xeyli məbləğ , özü də təxminən 40min manatadək, bəlkə də çox bir məbləğ kəsiləcək sizdən tutularaq! Axı dövlətimizin hər 1 sahəni tənzimləyən Qanunvericiliyi var! hələ Sahil adlı digər dünyasını dəyişmiş işçi və onun Samir adlı işdən çıxmış işçisi də vardır ki, onların da anoloji hüquqpozuntusu halları var.

Hüquqşünasınız da qapı ağzından özünü savadlı bilib bəzi şərtlər qoyaraq zərərçəkmişi də qapıdan qovdu qəbul edib dinləmədi. Axı ən azından o qovulan qadın, sizin müəssisəyə fayda xeyir verən bir əməkdaşın ailə üzvü idi Tahir bəy! Qeyd edək ki, artıq mərhum işçinin həyat yoldaşı Quliyeva Arzu, Respublika Baş Əmək müfəttişliyinə ərizə ilə müraciət də etdi. inanırıq ki, bu məsələ diqqətdə saxlanılaraq KOROĞLU MMC barəsində müvafiq Qanunvericiliyin tələbiylə tədbir görüləcək və işin nəticəsilə birgə vətəndaş bildirir ki Məhkəməyə də müraciət edəcək.


Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini bir daha dərc etməyə hazırıq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də