Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Baş nazir yeni qərar imzalayıb

“Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası təsdiq edilib.

RegionTV.info  xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Bu Qaydanın məqsədi dövlət orqanları tərəfindən illik iş planı və illik hesabatın vahid forma üzrə hazırlanmasını təmin etməklə dövlət qulluğunda insan kapitalından səmərəli istifadəyə nail olmaqdır.

Bu Qayda “prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Banka şamil edilmir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də