Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vasif Talıbovun rəis oğlu: “Hər kəsin öz işi var”

“Atamla bağlı heç bir şey danışmaq istəmirəm. Mən Bakıda yaşayıram və öz işimlə məşğulam”.

RegionTV.info  xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin baş idarə rəisi Rza Talıbov bu dəqiqələrdə Naxçıvan Ali Məclisinin sədri postundan kənarlaşdırılan atası Vasif Talıbovun istefası barədə suala cavabında deyib.

Rza Talıbov istefadan sonra atası ilə əlaqə saxlamadığını da deyib:

“Hazırda danışmamışam. Heç bir məlumatım yoxdur”.

“Atanızın uzun illər tutduğu postdan getməsini necə qarşıladınız” sualına isə Rza Talıbov: “Hər kəsin öz işi var”, - deyərək əlavə şərh verməkdən imtina edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də