Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Mərkəzi Hospitalının rəisi, Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov vəzifəsindən ayrılıb.
RegionTV.info xəbər verir ki, o öz təşəbbüsü ilə tutduğu vəzifəsindən çıxıb.
50 yaşlı E.Məmmədovun Dövlət Gömrük Komitəsinin 25 illiyi yubiley medalı da daxil olmaqla bir sıra təltifləri var.